Orxan Zeynalov qalmaqalı ilə bağlı həbs olunanlar buraxıldı

Orxan Zeynalov qalmaqalı ilə bağlı həbs olunanlar buraxıldı

17 Fevral 2014 17:01
550
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvanın Qərbi Biryulevo rayonundakı iğtişaşlarla bağlı həbs edilən şəxslər azadlığa buraxılıb. Apa-nın "Russkaya planeta" saytına istinadən verdiyi məlumata görə, Timur Musikayev, Andrey Titarenko və Artyom Novikov barəsində əfv qərarı qəbul edilib.

T.Musikayevin vəkili Oleq Anikanov bildirib ki, istintaqın adını açıqlamadığı daha bir şəxs əfv edilib. Buna səbəb kimi onun yetkinlik yaşına çatmaması göstərilir.

"İstintaq Komitəsinə (Rusiya Baş Prokurorluğu yanında İstintaq Komitəsi – red.) çox ciddi şikayətlərdən sonra həmin şəxslərin əfv qərarı verildi. Xanım müstəntiq mənə zəng etdi və dedi ki, rəhbərlikdən hamının sərbəst buraxılması haqda göstəriş gəlib", - deyə O.Anikanov vurğulayıb.

Xatırladaq ki, Biryulevo rayonunda kütləvi iğtişaşlar 2013-cü ilin oktyabrın 13-də yerli sakin Yeqor Şerbakovun qətlindən sonra baş verib.