TQDK-nın mətbuat konfransında nələrə aydınlıq gətirildi?

TQDK-nın mətbuat konfransında nələrə aydınlıq gətirildi?

27 May 2011 14:06
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) mətbuat konfransı keçirilib. Konfransda TQDK-nın sədri Məleykə Abbaszadə bildirb ki, abituriyentlərin ali məktəblərə qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədi ilə mayın 29-da növbəti sınaq imtahanı keçiriləcək. Sınaq imtahanı respublikanın 27 şəhər və rayonunda aparılacaq. Bu imtahanda iştirak etmək üçün 31 mindən çox abituriyent qeydiyyatdan keçib.
O da bildirilib ki, ölkəmizin ali təhsil müəssisələrinə 2011/2012-ci tədris ilinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi haqqında elanın tam mətni, həmçinin qəbul aparılacaq ixtisasların siyahısı "Abituriyent" jurnalının 3-cü nömrəsində dərc olunacaqdır.

Könül Aypara