Rusiyalı mütəxəssis: "Azərbaycanda zəlzələ yenidən təkrar olunacaq"

Rusiyalı mütəxəssis: "Azərbaycanda zəlzələ yenidən təkrar olunacaq"

17 Fevral 2014 14:32
Bəyəndim (0) Bəyənmədim (0)
Güclü təkanlar qeydə alınacaq

Rusiyanın Dövlət Hidrometerologiya Universitetinin alimi Viktor Bokov Qafqazda zəlzələ olacağı ilə bağlı həyəcanlı məlumat verib. V. Bokovun proqnozlarına görə, yaxın vaxtlarda Azərbaycanda zəlzələ yenidən təkrar olunacaq. Güclü təkanlar qeydə alınacaq.

Rusiyalı alimin proqnozlarının nə qədər real olduğuna aydınlıq gətirmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ilə əlaqə saxlanıldı.
Q. Yetirmişli V. Bokovun proqnozlarına cavab vermək fikrində olmadığını söyləyib. O bildirib ki, hidrometeoroloqun zəlzələ olacağına dair proqnoz verməsi gülüncdür: "Həmin alim gedib hava haqqında proqnoz versin. Onların Azərbaycanda zəlzələyə dair açıqlamaları ölkəmizə qarşı təxribat xarakteri daşıyır. Bokov haradan bilir ki, Azərbaycanda güclü zəlzələ olacaq? Bəlkə də o, Azərbaycanda bir dəfə belə olmayıb. Getsin havaya dair proqnozlar versin".

V. Bokovun Qafqazda zəlzələyə dair proqnozlarının əhali arasında narahatlıq yaratması məsələsinə gəlincə, alimin proqnozlarına inanmamağı məsləhət gördü: "Əhali hər yoldan keçənin sözünə inanmasın".