Rüşvətlə həbs olunanların 33 faizi səhiyyə, 10 faizi isə təhsil sahəsində çalışanlardır

Rüşvətlə həbs olunanların 33 faizi səhiyyə, 10 faizi isə təhsil sahəsində çalışanlardır

17 Fevral 2014 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

"Rusiyada rüşvət cinayətinə görə həbs olunanların əksəriyyəti bələdiyyə və ictimai sektorda çalışanlardır". Apa -nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Konstitusiya Məhkəməsinin sədri Vyaşeslav Lebedev bildirib. O deyib ki, 2013-cü ildə rüşvət ittihamı ilə tutulanların böyük bir hissəsi 10 min rubldan az (300 ABŞ dolları) məbləğdə pul aldıqlarına görə həbs olunublar: "Onların çoxu bələdiyyə və ictimai sektorda çalışanlardır. Rüşvət ittihamı ilə həbs olunanların 33 faizi səhiyyə, 10 faizi isə təhsil sahəsində çalışan şəxslər olub. Rusiyada rüşvət alan məmurların sayı 2010-cu ildən bu günə qədər 24 faizdən 14 faizə qədər azalıb. Korrupsiya ittihamı ilə həbs olunanlar barəsində pul cəriməsi hökmü çıxarılması halları isə 12 faizdən 67 faizə qalxıb".

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyi Təhlükəsizlik və Korrupsiya qarşı Mübarizə Departamentinin sədr müavini Sergey Solopov keçən ilin ilk 9 ayında rüşvət və korrupsiya ilə bağlı 45 min cinayət işinin açıldığını bildirib. O, dövlət büdcəsindən yeyintinin 500 milyon dollardan çox olduğunu qeyd edib.