Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanma yeri təmir olunub

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanma yeri təmir olunub

17 Fevral 2014 13:22
Bəyəndim (0) Bəyənmədim (0)

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

Bu barədə apa-ya məlumat verən E. Behbudov bildirib ki, saxlanma yerində bir nəfər şəxs saxlanılır: "Müvəqqəti saxlanma yeri təmir olunub. Orada saxlanılan bir nəfərlə görüşdük. Özünü təqsirli bilir. Dələduzluqda ittiham olunur. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur".