Azərbaycanda daha bir xidmət orqanı əməkdaşlarına diplomatik pasportların verilməsi planlaşdırılır

Azərbaycanda daha bir xidmət orqanı əməkdaşlarına diplomatik pasportların verilməsi planlaşdırılır

17 Fevral 2014 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda daha bir xidmət orqanı əməkdaşlarına diplomatik pasportların verilməsi planlaşdırılır.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunun 6-cı maddəsinə əlavələr təklif olunub.Yeni layihəyə əsasən, diplomatik pasport Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin zabit heyətinə də veriləcək.Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti plenar iclasda müzakirəyə çıxarılacaq.