Külək qopmağa başlayacaq

Külək qopmağa başlayacaq

17 Fevral 2014 13:07
Bəyəndim (0) Bəyənmədim (0)
Temperatur düşəcək

Yaxın 2 gün ərzində ölkə ərazisində küləkli hava şəraiti üstünlük təşkil edəcək, bunun nəticəsində havanın temperaturu ötən günlərlə müqayisədə düşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, fevralın 18-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Fevralın 19-da isə güclü şimal küləyi əsəcək və arabir küləyin sürəti güclənəcək. Havanın temperaturu 4-7 dərəcə düşəcək. Temperaturlar fevralın 18-də 8-13 dərəcə isti, fevralın 19-da isə gecə və gündüz 2-6 dərəcə isti olacaq. Belə hava şəraiti yalnız fevralın 19-da müşahidə olunacaq və hava şəraiti qısamüddətli küləkli olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, fevralın 18-də arabir güclənən cənub küləyinin fevralın 19-da güclü şimal küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əsasən əlverişsizdir.