Taksi sürücüsünü evdən çıxaran naməlum şəxslər onun maşınını yandırdılar

Taksi sürücüsünü evdən çıxaran naməlum şəxslər onun maşınını yandırdılar

17 Fevral 2014 13:01
Bəyəndim (0) Bəyənmədim (0)
Özündən isə xəbər yoxdur

Neftçala sakininin avtomobili yanmış vəziyyətdə tapılıb.DİN-dən APA-ya Neftçala rayonu Yuxarı Qaramanlı kənd sakini, 1960-cı il təvəllüdlü Yasin Ədalət oğlu Rüstəmov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək fevralın 12-si saat 20 radələrində qardaşı, 1964-cü il təvəllüdlü Kamal Rüstəmovun özünə məxsus "VAZ-21011" markalı avtomobili ilə evdən çıxması və geri qayıtmaması barədə məlumat verib. İtkin düşən şəxsin qardaşının verdiyi məlumata görə, Yuxarı Qaramanlı kənd sakini, 1964-cü il təvəllüdlü Rüstəmov Kamal Ədalət oğlu taksi sürücüsü kimi fəaliyyət göstərirmiş.Fevralın 12-də saat 20.00 radələrində qardaşı evdə olarkən onu naməlum şəxslər çağırıb. Həmin şəxslər Kamal Rüstəmovdan onları harasa aparmağı xahiş ediblər.Bütün gecəni evə qayıtmayan Kamal Rüstəmovun idarə etdiyi "VAZ-21011" markalı 47 ** 421 dövlət nömrə nişanlı avtomobil səhər saatlarında yanmış halda qonşu Pirəbbə kəndinin ərazisində aşkar edilib. Eyni zamanda avtomobilin yanında onun ayaqqabısı da aşkar edilib. Lakin yanmış avtomobilə polis tərəfindən baxış keçirilərkən hər hansı cəsəd aşkar edilməyib.Hazırda Neftçala polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri həyata keçirilir.Neftçala polis şöbəsinin növbətçi hissəsindən hadisə ilə bağlı təfsilatlı məlumat almaq mümkün olmayıb.