Qəza törədən sürücü anasını itirdi

Qəza törədən sürücü anasını itirdi

17 Fevral 2014 10:57
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərində baş verən qəzada sürücü anasını itirib, balaları isə ölümdən dönüb. Məlumata görə, Sabunçu rayonu ərazisində Abbas Mirzəyev idarə etdiyi "Nissan" markalı maşını yol kənarındakı maneəyə vurub. Zərbənin təsirindən avtomobildə olan sürücünün anası Balaxanım ölüb. A.Mirzəyevin 12 yaşlı oğlu Nəcəf və 13 yaşlı qızı Bəyim ağır xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Sabunçu Rayon Polis İdarəsindən bildirildi ki, hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Qəzaya yüksək sürətin səbəb olduğu bildirilir.