Hava almaq üçün eyvana çıxan xəstə 3-cü mərtəbədən yıxıldı

Hava almaq üçün eyvana çıxan xəstə 3-cü mərtəbədən yıxıldı

17 Fevral 2014 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər satlarında Gəncədə xəstəxanada xəstə üçüncü mərtəbədən yıxılıb. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Abbas Səhhət adına xəstəxanada müalicə alan 38 yaşlı Cavid Bağırov hava almaq üçün müalicə aldığı xəstəxananın eyvanına çıxıb və huşunu itirərək oradan yıxılıb. Dərhal həkimlər xəstəni reanimasiya şöbəsinə yerləşdiriblər. Hazırda xəstənin vəziyyəti orta-ağırdı.

Qeyd edək ki, Cavid Bağırov iki gün əvvəl qarnından yırtıqla əlaqədar olaraq əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.