Qəbələdə “Niva” aşdı: bir nəfər ölüb, bir nəfər xəsarət alıb

Qəbələdə “Niva” aşdı: bir nəfər ölüb, bir nəfər xəsarət alıb

15 Fevral 2014 10:29
641
Bəyəndim (0) Bəyənmədim (0)

Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Mediainfo.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, fevralın 15-də gecə Qəbələ rayonu Böyük Pirəli kənd ərazisində "Niva" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb.

Nəticədə nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, avtomobildə olan sərnişin, 1980-ci il təvəllüdlü Rzayev Rəvan Vidadi oğlu vəfat edib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsin cəsədini çıxararaq, aidiyyəti üzrə təhvil verib və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

1 nəfər isə yaralı hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.