Hərbi həkimin 19 yaşlı tələbə oğlu zəhərlənərək öldü

Hərbi həkimin 19 yaşlı tələbə oğlu zəhərlənərək öldü

14 Fevral 2014 10:23
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatalada 19 yaşlı gənc qidadan zəhərlənərək ölüb.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) apa-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, fevralın 13-də axşam saat 22:00 radələrində Zaqatala şəhəri, Saleh Qocayev küçəsi-57 ünvanında ağır xəstənin olması barədə xəstəxananın Təcilli Yardım şöbəsinə məlumat daxil olub.Gecə saat 22:25 radələrində Təcilli Yardım şöbəsinin həkim briqadası tərəfindən həmin ünvanda kirayədə yaşayan 1995-ci il təvəllüdlü Xəlilov Elvin Ələkbər oğlu xəstəxananın qəbul şöbəsinə daxil olan zaman onda heç bir həyati əlamət olmayıb. Ailəsinin həkimlərə verdiyi məlumata görə, Elvin Xəlilov qidadan zəhərlənib. 19 yaşlı gəncin ölümünün dəqiq səbəbi isə bu gün meyitin üzərində aparılacaq tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Zaqatala rayon hüquq-mühafizə orqanlarından verilən məlumata görə, E.Xəlilov Gürcüstan ali məktəblərinin birində təhsil alır. O, dünən günün ikinci yarısında Zaqatala bazarı ərazisində fəaliyyət göstərən yeməkxanaların birində dostu ilə yemək yeyib. Onlar yemək zamanı spirtli içki qəbul ediblər. E.Xəlilovun atası Ələkbər Xəlilov Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsində hərbi həkim vəzifəsində çalışır.Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.