Sərnişin avtobusu "VAZ"la toqquşdu: ölən yoxdur

Sərnişin avtobusu "VAZ"la toqquşdu: ölən yoxdur

14 Fevral 2014 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda sərnişin avtobusu qəza törədib.

Mediainfo.az- Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda "VAZ" markalı minik avtomobili və "Daewoo" markalı mikroavtobus toqquşub.Dərhal FHN-in xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğrayıb, "VAZ" markalı minik avtomobilinin sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.