Qapanlı kəndi atəşə tutulub

Qapanlı kəndi atəşə tutulub

13 Fevral 2014 20:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan ordusu Azərbaycanın işğal altında olan Ağdam rayonunun Şotlanlı və Seyidsulan kəndlərindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və Tərtər rayonunun Qapanlı kəndini atəşə tutub. Apa-nın Qarabağ bürosunun xəbərinə görə, ən çox kənd sakini Rasim Qasımovun və onun qohumu Əli Məmmədovun evi zərər görüb. Başqa yaşayış evlərinə də güllələr dəyib.

Kənd sakinlərinin sözlərinə görə, erməni hərbçiləri günün müxtəlif saatlarında kəndi intensiv atəş altında saxlayıblar. Xoşbəxtlikdən yerli əhali arasında xəsarət alan olmayıb.

Xatırladaq ki, ermənilər bir neçə gün əvvəl Qapanlını intensiv atəşə tutublar.