Baba və nəvəni maşın vurub, baba ölüb

Baba və nəvəni maşın vurub, baba ölüb

13 Fevral 2014 18:49
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün axşam saatlarında Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, "ZİL" markalı yük maşını yolu keçmək istəyən Siyəzən rayon sakini Yaqubov Eyyub Əliağa oğlu və onun nəvəsi, 2010-cu il təvəllüdlü Ocaqquliyev Rəşad Vurğun oğlunu vurub.

Qəza nəticəsində E.Yaqubov dünyasını dəyişib, nəvəsi isə müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu və paytaxtda yerləşən tibb müəssisələrindən birinə göndərildiyi bildirilir.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırmalar aparılır.