Cəlilabadda ağır qəza 1 ölü, 2 yaralı

Cəlilabadda ağır qəza 1 ölü, 2 yaralı

13 Fevral 2014 16:19
Bəyəndim (0) Bəyənmədim (0)

Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Hadisə bu gün saat 8:30 radələrində Ələt-Astara şose yolunun Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb.

Sürücülərinin şəxsiyyəti hələlik məlum olmayan iki minik avtomobili qarşı-qarşıya gələrək bir-biri ilə toqquşub. Güclü zərbənin təsirindən hər iki avtomobil ciddi zədələnib, sərnişinlərdən bir nəfər ölüb, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb.