Polis avtobusuna hücum

Polis avtobusuna hücum

13 Fevral 2014 15:25
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanda baş verən hadisə zamanı 11 polis ölüb, 40 adam yaralanıb

Pakistanda polis xidmətinə hücum olub. ANS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Pakistanda polisləri daşıyan xüsusi avtobusa təşkil edilən hücumda ilk təyin etmələrə görə 11 polis ölüb, 40 adam yaralanıb.

Xarici mətbuata istinadən verilən məlumata görə, Şəhərin Şah Lətif bölgəsində təxminən 60 polis məmurunu daşıyan xidməti avtobus ana yolda vəzifə yerinə doğru irəliləyərkən, partlayıcı yüklə dolu olan avtomobillə hücuma məruz qalıb. Kamikadze əməliyyatçısının vasitəsilə həyata keçirilən hücumda, 11 polis ölüb, 40 polis isə yaralanıb.
Yaralılar şəhərdəki Cinnah xəstəxanasına yerləşdirilib. Pakistan prezidenti Məmnun Hüseyn, hücumu çox pis qarşılayıb.