Bu gündən Bakı-Antalya aviareysi bərpa olunub

Bu gündən Bakı-Antalya aviareysi bərpa olunub

27 May 2011 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Yay mövsümü ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən etibarən Bakı-Antalya marşrutu üzrə birbaşa sərnişin aviareyslərini bərpa edib. AZAL-dan verilən məlumata görə, sözügedən marşrut üzrə uçuşlar yaxın dörd ay ərzində davam edəcək: "Mayın 27-dən iyunun 25-dək Bakıdan Antalyaya uçuşlar hər həftənin II, V və VII günləri saat 11:10-da həyata keçiriləcək. İyunun 25-dən isə uçuşlar yenə də həftədə 3 dəfə, lakin III, IV və VI günləri eyni vaxtda yerinə yetiriləcək. Bu uçuş cədvəli avqustun 4-dək qüvvədə olacaq. Avqustun 4-dən başlayaraq uçuşlar həftənin I, III və VI günləri saat 12:30-da həyata keçiriləcək. Ümumiyyətlə, Bakı-Antalya-Bakı aviareysi mövsümi xarakter daşıyır və bu marşrut üzrə uçuşlar sentyabrın 30-dək yerinə yetiriləcək".

Qeyd edək ki, sözügedən marşrut üzrə uçuşlar "Boeing-757" avialayneri ilə həyata keçirilir. Hər iki istiqamətə bir aviabiletin minimal qiyməti 535 manat təşkil edir.

Mövsümi aviareysin mövsümü gəldi.

Tofiq Əliyev

O.M.