"Sevgililər günü"ndə romantik hava: yağış yağacaq

"Sevgililər günü"ndə romantik hava: yağış yağacaq

13 Fevral 2014 13:17
1 921
Bəyəndim (0) Bəyənmədim (0)
Sabahın havasından xəbəriniz olsun!

Fevralın 14-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşlki edəcəyi, günün birinci yarısında bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.

Səhər və axşam saatlarında duman olacağı gözlənilir. Cənub küləyi əsəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, havanın temperaturu gecə 2-5, gündüz 5-10 dərəcə isti olacaq.Fevralın 14-də hava şəraiti Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Əsasən şərq rayonlarında az yağın olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturunun Aran rayonlarında gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.