Yasamalda ev partladı: maşınlara ziyan dəydi

Yasamalda ev partladı: maşınlara ziyan dəydi

13 Fevral 2014 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda yaşayış evində partlayış olub.

Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə dünən Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15-də ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Məşədi Səmədova məxsus mənzilin mətbəxində qaz balonunun sızmasından partlayış baş verib. Nəticədə mətbəxin asma tavanı və pəncərəsi dağılıb, qırıntılar həyətdə saxlanılan Arif Rəsulova məxsus "KİA" markalı və İsmayıl Mayılova məxsus "Mitsubishi" markalı avtomobillərin üstünə düşüb. Xəsarət alan olmayıb, avtomobillərə ziyan dəyib.Faktla bağlı araşdırma aparılır.