Əbülfəs Qarayev Xaçmazda vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Xaçmazda vətəndaşları qəbul edəcək

13 Fevral 2014 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 21-də Xaçmaz şəhərində vətəndaşların qəbulunu keçirəcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, rayon Tarix-diyarşünaslıq muzeyində keçiriləcək qəbulda Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan sakinlər iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı və ya 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.