Qobustanda 3 minik avtomobili toqquşdu

Qobustanda 3 minik avtomobili toqquşdu

27 May 2011 12:02
Bəyəndim (0) Bəyənmədim (0)

Qobustan rayonunda, Bakı-Şamaxı avtomobil yolunun 84-cü kilometrliyində "VAZ", "Nissan" və "Chevrolet" markalı 3 minik avtomobili toqquşmuşdur. Nəticədə, "VAZ" markalı avtomobilin 3 sərnişini və "Chevrolet" markalı avtomobilin 1 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri almış, "VAZ" markalı avtomobilin sürücüsü isə yaralanaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış həmin şəxsi çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Yaralılar xəstəxanaya aparılmışdır.

Həyatda hamı bir-biri ilə görüşə bilər. Vaxtında əyləci basmaq lazımdır ki, maraqlar toqquşmasın...

Tofiq Əliyev

O.M.