Atəşkəs rejimi ümumilikdə 25 dəfə pozulub

Atəşkəs rejimi ümumilikdə 25 dəfə pozulub

13 Fevral 2014 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 25 dəfə pozulub.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.