Qonaqdan silah götürüldü

Qonaqdan silah götürüldü

12 Fevral 2014 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Qax rayonuna gələn Şəki şəhər sakininin avtomobilindən odlu silah götürülüb.

Qax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı rayonun Ağçay kəndi ərazisində hərəkətdə olan "Qazel" markalı yük maşınına baxış keçirilib.

Şəki rayon Cuma kənd sakini 34 yaşlı İnşallah İbrahimova məxsus avtomobilin oturacağının altına gizlədilmiş Toz-8 markalı 5,6 çaplı yivli odlu silah, eləcə də onun üzərinə baxış keçirilərkən 37 ədəd 5,6 çaplı patron aşkar edilərək götürülüb.

Qax RPŞ-yə aparılan İnşallah İbrahimov Qaxa ov məqsədilə gəldiyini bildirib. Ondan müvafiq iltizam alındıqdan sonra yaşadığı ərazini tərk etməmək şərti ilə sərbəst buraxılıb.

Faktla bağlı araşdırmalar aparılır.