Azərbaycanlı generalın oğlu işdən çıxarıldı

Azərbaycanlı generalın oğlu işdən çıxarıldı

12 Fevral 2014 14:02
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşeliyində kadr dəyişikliyi olub.Bu barədə apa-ya hərbi mənbələrdən məlumat verilib.Hərbi attaşenin köməkçisi, polkovnik-leytenant Vüqar Altay oğlu Mehdiyev vəzifəsindən azad edilərək geri çağırılıb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Nazirlikdən V. Mehdiyevin Azərbaycanda hərbi hissələrdən birində vəzifəyə təyin olunduğu bildirilib.

Qeyd edək ki, V.Mehdiyev Azərbaycan Hərbi Hava Qüvvələrinin sabiq qərargah rəisi və komandanı vəzifəsini icra etmiş general-mayor Altay Mehdiyevin oğludur. O, 2012-ci ildə Türkiyədə hərbi attaşenin köməkçisi təyin olunub.