Sabah Günəş üzümüzə güləcək

Sabah Günəş üzümüzə güləcək

12 Fevral 2014 13:00
510
Bəyəndim (0) Bəyənmədim (0)
5-10 dərəcə isti olacaq

Fevralın 13-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində arabir tutulacağı gözlənilir.

Səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, mülayim cənub küləyi əsəcək, havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacaq.

Fevralın 13-də Azərbaycanın rayonlarında hava gün ərzində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lənkəran və Astara zonasında isə az yağıntılı olması gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.