Əfv sərəncamının icrasına başlanılıb

Əfv sərəncamının icrasına başlanılıb

27 May 2011 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyevin mayın 26-da imzaladığı əfv sərəncamının icrasına başlanılıb. Sərəncamda adı cəzasının çəkilməmiş hissəsindən azad edilmişlərin siyahısına düşən məhbuslar artıq cəzaçəkmə müəssisələrindən bu gün səhərdən etibarən azad olunurlar. Qeyd edək ki, Azərbaycan prezidentinin əfv sərəncamı ümumilikdə 90 məhbusa şamil edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 70 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azalıb, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunub, cərimə cəzasına məhkum edilmiş 6 nəfər isə cəzadan azad edilib.

Cəzasının çəkilməmiş hissəsindən azad edilənlər arasında Eynulla Fətullayev, Eldəniz Lahıcov, Müşfiq Mədətov, Anar Namazov, Akif Məhərrəmov da var. Azərbaycan prezidenti bir neçə əcnəbi məhbusu da əfv edib.

40 il həbsdə yaşamaqdansa, bircə gün azad yaşamaq yaxşıdır...

Tofiq Əliyev

O.M.