Gəncədə intihar edəcəyini bildirən məcburi köçkün 5-ci mərtəbədən düşürülüb

Gəncədə intihar edəcəyini bildirən məcburi köçkün 5-ci mərtəbədən düşürülüb

12 Fevral 2014 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhərində intihara cəhd edən məcburi köçkün fikrindən daşınıb.

Apa-nın yerli bürosunun məlumatına görə, məskunlaşdığı yataqxananın beşinci mərtəbəsindən özünü və övladlarını atacağını bildirən Kəlbəcər rayonundan olan məcburi köçkün, 1980-ci il təvəllüdlü Məmmədov Səxavət Həbib oğlu Fövqəladə Hallar Nazirliyi və Gəncə Şəhər Polis İdarəsi əməkdaşlarının apardığı söhbətdən sonra intihar etməyəcəyini deyib.

FHN əməkdaşları S. Məmmədovu və onun 2001 və 2009-cu il təvəllüdlü övladlarını Gəncə Dövlət Universitetinin yataqxanasının damından düşürüblər.

Məlumata görə, S. Məmmədov ev bölgüsü zamanı ona qarşı haqsızlıq olduğunu əsas gətirərək, özünü və övladlarını yataqxananın beşinci mərtəbəsindən atacağını bildirib.

S. Məmmədov Gəncə şəhər Baş Polis İdarəsinə aparılıb.