İki oğlunu və ərini itirən qadın qonaq getdiyi evdə özünü asdı

İki oğlunu və ərini itirən qadın qonaq getdiyi evdə özünü asdı

12 Fevral 2014 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Oğuz rayonunda intihar hadisəsi baş verib. Oğuz rayon Polis Şöbəsindən (RPŞ) verilən məlumata görə, 1936-cı il təvəllüdlü Mollalı kənd sakini Hacıyeva Məsimə Balakişi qızı rayon mərkəzində yaşayan oğlunun evinə qonaq gedib. Məsimə Hacıyeva ötən gün oğluna məxsus evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidə özünü asaraq intihar edib.

RPŞ-dən bildirilib ki, Məsimə Hacıyeva son iki ildə ərini və iki övladını itirib. Onun bu itkilərə dözə bilmədiyi üçün intihar etdiyi güman olunur.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.