Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib

Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib

11 Fevral 2014 17:40
Bəyəndim (0) Bəyənmədim (0)

Səhiyyə naziri Oqtay Şirəliyev bu gün İmişli Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edib.

Apa-nın Mil-Muğan bürosunun xəbərinə görə, nazirin qəbulunda İmişli rayon sakinləri ilə yanaşı, ətraf Ağcabədi, Beyləqan, Xocavənd, Fizuli rayonundan olan 50-yə qədər şəxs də iştirak edib. Qəbulda vətəndaşların sağlamlıq problemləri, müalicə xərclərinin qarşılanması məsələləri, şikayət və təkliflər, işlə təminat və sair müraciətlər dinlənilib. Nazir bəzi müraciətləri yerində həll edib, digər müraciətlərin isə baxılmasına göstərişlər verib.