Binəqədi ƏSMM-nin rəisi işdən şıxarıldı

Binəqədi ƏSMM-nin rəisi işdən şıxarıldı

11 Fevral 2014 16:10
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəisi Yasin Rüstəmov tutduğu vəzifədən azad edilib. Bu barədə xəbəri Əmək və Əhalinin Sosial Müdafiəsinin mətbuat katibi Elman Babayev də təsdiqləyib. Amma o, Y. Rüstəmova başqa vəzifə verildiyini bildirib. Belə ki, nazir Səlim Müslümovun müvafiq əmri ilə, Y. Rüstəmov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Şəmkir rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəisi təyin olunub.

Hazırda Binəqədi rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəisi vəzifəsini müavin icra edir.