4 nəfəri bıçaqlayan şəxs tutulub

4 nəfəri bıçaqlayan şəxs tutulub

11 Fevral 2014 16:05
435
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 4 nəfəri bıçaqlayan şəxs yaxalanıb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də Toğrul Əhmədova, Şükür Əbülfəzliyə, Rahib Tanrıverdiyevə və Elxan Əliyevə bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Turan Mahmudov saxlanılıb. T.Mahmudov Yasamal RPİ-yə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.