Prokuror mənimsəmədə təqsirləndirilənlərə cəza istəyib

Prokuror mənimsəmədə təqsirləndirilənlərə cəza istəyib

11 Fevral 2014 15:34
463
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və israf etməkdə təqsirli bilinən "Atropatena" Qapalı Səhmdar Cəmiyyətinin sabiq mühasibi Seymur Musayev və şirkətin daha 9 əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Apa-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək Seymur Musayevin 13 il, digərlərinin isə 12 ildən 9 ilə qədər azadlıqdan məhrum edilməsini istəyib.

Proses fevralın 17-də davam etdiriləcək.

İttihama görə, "Atropatena" şirkətinin audit şöbəsinin mühasibi Seymur Musayev şirkətin satış nümayəndələri Emil Əfəndiyev, Orxan İbrahimov, Nuqzar Ömərov, Ruslan Vəliyev, Natiq Yusifov, Ramil Feyziyev, Müşfiq Əzməmmədov, Zamiq Rüstəmov və Həsən Gülverdiyevlə cinayət əlaqəsinə giriblər. Onlar şirkətə məxsus 4 milyon manatdan artıq dəyərində pulu mənimsəyiblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.