Sabah Bakıda 10 dərəcə isti olacaq

Sabah Bakıda 10 dərəcə isti olacaq

11 Fevral 2014 12:25
Bəyəndim (0) Bəyənmədim (0)
Rayonlarda isə 14 dərəcə isti olacağı gözlənilir

Fevralın 12-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər yarımadanın bəzi yerlərində havanın çiskinli olacağı ehtimalı var.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, havanın temperaturu gecə 2-5 dərəcə isti, gündüz 7-10 dərəcə isti olacaq.

Fevralın 12-də Azərbaycanın rayonlarında hava gün ərzində əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq rayonlarında havanın çiskinli olması ehtimalı var. Mülayim-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.