ŞİKAYƏT: "Məni zorla maşının baqajına salaraq, naməlum istiqamətdə apardılar"

ŞİKAYƏT: "Məni zorla maşının baqajına salaraq, naməlum istiqamətdə apardılar"

11 Fevral 2014 12:04
505
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı polisi şəhər sakininə qarşı quldurluq etmiş şəxsləri saxlayıb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, fevralın 9-da Bakı şəhər sakini Əbülfəz Rəhimov Xəzər rayon Polis İdarəsi 1-ci bolis bölməsinə müraciət edərək bildirib ki, həmin gün saat 16:30 radələrində, Türkan qəsəbəsində iki nəfər naməlum şəxs onu zorla Bakı şəhər sakini Tehran Təhməzova məxsus "VAZ-2106" markalı avtomobilə əyləşdirərək dəniz kənarına aparıb. Yolda əlindən mobil telefonu və təsbehini alaraq bıçaqla hədələyib və onun bir daha qəsəbəyə gəlməməsini tələb ediblər.
Daha sonra onu avtomobilin yük yerinə salaraq ünvanını bilmədiyi emalatxanaya aparıb saat 17:00-dan 18:00-dək saxladıqdan sonra buraxıblar.

Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Türkan qəsəbə sakinləri Vilayət Əliyev və Tehran Təhməzov tutulub.