Taksi sürücüsünü incidən quldurlar tutuldu

Taksi sürücüsünü incidən quldurlar tutuldu

11 Fevral 2014 11:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, fevralın 10-da, Bakı şəhər sakini Elzami Əliyev 16-cı polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, fevralın 9-da saat 23:50 radələrində Atatürk prospektində sərxoş halda naməlum sürücünün taksi kimi idarə etdiyi "Mercedes" markalı avtomobilə sərnişin qismində əyləşmiş avtomobilin arxa oturacağında oturan, özünü sürücünün qohumu kimi təqdim edən naməlum şəxs arxadan onun qollarını tutaraq 330 manatını alıblar.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Göyçay rayon sakinləri Ceyhun İsayev və Eldəniz Məmmədov tutulublar.