Avtomobili içkili idarə edərsən, sonu da bu olar!

Avtomobili içkili idarə edərsən, sonu da bu olar!

11 Fevral 2014 09:47
390
Bəyəndim (0) Bəyənmədim (0)

Sərxoş sürücü Bakıda zəncirvarı qəza törədib.

Hadisə paytaxtın Səbail rayonunda, Salyan şosesinin 4-cü kilometrliyində qeydə alınıb. 31 yaşlı Elmir Rzayev "Opel" markalı avtomobillə köməkçi yoldan əsas yola çıxmaq istəyərkən hərəkətdə olan iki avtomobili vurub.Sürücü idarə etməni itirərək avtomobili əvvəlcə Bayıl qəsəbəsindən Bibiheybət istiqamətində hərəkətdə olan 42 yaşlı İsmət Nəcəfovun idarə etdiyi "QAZel" markalı yük maşınına, daha sonra 28 yaşlı Elgün Abdullayevin idarə etdiyi "VAZ-2107 " markalı minik avtomobilinə çırpıb. Xəsarət alan olmasa da avtomobillər yararsız hala düşüb.

Hadisə yerinə gələn yol patrul xidmətinin əməkdaşları avtomobilləri cərimə meydançasına, qəzanı törətmiş sürücünü isə polis bölməsinə aparıblar. Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin inspektoru Azər Vəliyev apa-ya bildirib ki, ilkin ehtimallara görə qəzaya "Opel"in sürücüsünün avtomobili içkili idarə etməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.