Metro vaqonlarında qurulmuş kameraların testləri

Metro vaqonlarında qurulmuş kameraların testləri

26 May 2011 15:45
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Metropolitenindən verilən məlumata görə, metropoliten vaqonlarında qurulmuş müşahidə kameralarının hərəkət halında testləri müsbət nəticələnib. Vaqonların hərəkəti zamanı görüntülər müxtəlif məsafələrdən real vaxt rejimində mərkəzə ötürülüb. Bu zaman proqramda kiçik qüsurlar istisna olmaqla, heç bir problem yaranmayıb. Hazırda ötürücü sistemin təkmilləşdirilməsi prosesi həyata keçirilir.

Metro vaqonlarında kameraların qurulmasına bu ilin əvvəlindən başlanıb. Bakı Metropoliteni hərəkət zamanı vaqonlarda videomüşahidə həyata keçirilən dünyanın ilk metrosudur. Buna qədər dünyanın müxtəlif ölkələrində kiçik - 1-2 km məsafədə hərəkət edən qatarlarda analoji sistemi qurmaq mümkün olub.

Qeyd edək ki, metroda müşahidə sistemi Türkiyənin "Ekin Technology" şirkəti tərəfindən qurulub. Adıçəkilən şirkət Bakı şəhərinin Nəzarət və İzləmək Sisteminin yaradılmasında iştirak edib.

Ümid edək ki, müşahidə kameraları yalnız xoş hadisələrin şahidi olacaq.

Tofiq Əliyev

O.M.