Beynəlxalq axtarışda olan Əfqanıstanda öldürülüb

Beynəlxalq axtarışda olan Əfqanıstanda öldürülüb

10 Fevral 2014 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışda olan şəxsin Əfqanıstanda öldürüldüyü məlum olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Əfqanıstanda silahlı qruplaşmaların tərkibində vuruşan Şəki rayon sakini, 36 yaşlı Azar Yusubov koalisiya qüvvələri tərəfindən öldürülüb. O, mücahidlər arasında "Seyfuddin" ləqəbi ilə tanınırmış.

A. Yusubovun beynəlxalq axtarışda olması barədə məlumat İnterpolun saytında da yerləşdirilib. İnterpolun saytında yerləşdirilən məlumata görə, A. Yusubov Azərbaycan, rus və puştu dillərini bilib. O, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl də İnterpol xətti ilə axtarışda olan daha bir azərbaycanlının Suriyada öldürülməsi barədə məlumat yayıb. Xudat şəhər sakini olan 39 yaşlı Urfan Ağcabəyov da Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub.