Dəm qazı iki can aldı

Dəm qazı iki can aldı

10 Fevral 2014 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Dəm qazından ölüm və zəhərlənmə halları qeydə alınıb. Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, fevralın 8-də Sumqayıt şəhər sakini Namiq Alxasov evində dəm qazından boğularaq ölüb.

Fevralın 8-də Sumqayıt şəhər sakinləri Yaqut İsayeva, Leyla Məmmədova, Ülkər Məmmədova, Nəzakət Həmzəyeva, Abşeron rayonu Saray qəsəbə sakini İncəxanım Abbasova, Sulutəpə qəsəbə sakini Günay Əzizova , fevralın 9-da Sabunçu rayonu ərazisində yaşayan Elnarə Şirinova, oğlanları Rauf və Anar, Sumqayıt şəhər sakini Qönçə Həsənova, Ağcabədi rayon sakini Mehri Əliyeva, Gəncə şəhər sakini Zülfiyyə Süleymanova dəm qazından zəhərləniblər.

Fevralın 9-da Şirvan şəhər sakini Ceyran Kazipur evində dəm qazından zəhərlənərək ölüb.