Qadın sürücü qəza törətdi

Qadın sürücü qəza törətdi

10 Fevral 2014 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Ələt-Astara magistralında baş verən qəza ölümlə nəticələnib

Biləsuvarda ölümlə nəticələnən qəza baş verib. ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, qəzə Ələt-Astara magistral yolunun Biləsuvar rayonunun Xırmandalı kəndindən keçən hissəsində baş verib.
Paytaxt sakini 32 yaşlı Paşayeva Ziyalə Qəribxan qızı sükanı arxasında olduğu "Hyundai" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin Salyan rayon sakini 28 yaşlı Qəhrəmanov Məhəmməd Rahib oğlu aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Avtomobilin sürücüsü isə ağır vəziyyətdə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, sürücünün vəziyyəti ağır olaraq qalır. Qəzanın dəqiq səbəbləri isə təyin olunacaq avtotexniki və tibbi ekspertizanın rəyi açıqlandıqdan sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.