Ramzan Kadirov ikinci müddətə Çeçenistan lideri olub

Ramzan Kadirov ikinci müddətə Çeçenistan lideri olub

6 Aprel 2011 12:04
Bəyəndim (0) Bəyənmədim (0)

Qroznıda Ramzan Kadirovun and içmə mərasimi keçirilib. Cənab Kadirov öz andını, reqlamentə əsasən, çeçen və rus dillərində oxuyub. Bu dillər respublikada dövlət dilləri sayılır.

Ramzan Kadirov ilk dəfə Respublika rəhbəri 2007-ci ildə olub. And içmə mərasiminə görə çeçen yaşayış məntəqələri bəzədilib. Küçələrdə və avtomobil yolları boyu yüzlərlə Rusiya və Çeçenistan bayraqları asılıb. Habelə qonşu bölgələrin rəsmi bayraqları da çeçen küçələrində dalğalanır.

Qeyd edək ki, mərasimdə Qafqaz müsəlmanlarının şeyxi Hacı Allahşükür Paşazadə də iştirak edib.

O.M.