Fevralın 11-i meteohəssas insanlar üçün əsasən əlverişli olacaq

Fevralın 11-i meteohəssas insanlar üçün əsasən əlverişli olacaq

10 Fevral 2014 12:21
431
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 11-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, yarımadanın bəzi yerlərində çiskin olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4 dərəcə isti, gündüz 5-9 dərəcə isti olacaq.

Fevralın 11-də Azərbaycanın rayonlarında hava gün ərzində əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Bəzi şərq rayonlarında havanın çiskinli olma ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza əsasən, yaxın 2-3 gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.