Orta məktəbin həyətində intihar: ağır xəstəlik erkən ölümə apardı

Orta məktəbin həyətində intihar: ağır xəstəlik erkən ölümə apardı

10 Fevral 2014 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay rayonunda intihar hadisəsi baş verib.


Hadisə rayonun Bığır kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Nəbiyev Ramazan Atabala oğlu Bığır kənd orta məktəbinin həyətindəki alça ağacından özünü kəndirlə asaraq intihar edib.Üç uşaq atasının özünə qəsd etməsinin səbəbi hələlik dəqiq məlum deyil. İlkin məlumata görə, Ramazan Nəbiyev ağır xəstəliyə tutulub və ağrılara dözmədiyi üçün intihar edib.O, ötən həftə də intihara cəhd göstərib. Həmin vaxt həyat yoldaşı vaxtında müdaxilə edərək onu xilas edə bilib.R. Nəbiyev ailəsi ilə birlikdə Bığır kənd 1 saylı orta məktəbin həyətindəki köhnə binada yaşayırmış.Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.