Hazırda Azərbaycanda 40 minə yaxın saxta diplomu olan "ali təhsilli" insan var

Hazırda Azərbaycanda 40 minə yaxın saxta diplomu olan "ali təhsilli" insan var

10 Fevral 2014 11:21
1 016
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda saxta diplomlarla bağlı təhlükəli rəqəm açıqlanıb.Təhsil Nazirliyinə yaxın mənbələrdən verilən məlumata görə, hazırda ölkədə 40 minə yaxın saxta diplom daşıyıcısı var.Ən təhlükəlisi isə odur ki, bunların yarıya qədəri müxtəlif qurumlarda çalışırlar.

Qeyd edək ki, Təhsil naziri Mikayıl Cabbarovun saxta diplomlarla bağlı verdiyi açıqlama universitetlərdə təşviş yaradıb. Bu məsələ ilə bağlı hətta bəzi universitetlər saxta diplom məsələsinə görə, bir neçə müəllimi işdən azad edib.Təhsil Nazirliyinin də gündəmdə saxladığı bu məsələ ətrafında artıq araşdırmalara başlanılıb. Məsələ ilə bağlı Baş Prokurorluqda da araşdırmaların aparıldığı bildirilir.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, bəzi ali təhsil müəssisələri tərəfindən verilmiş saxta diplomlarla əlaqədar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir./modern/