Gəncədə ev partladı: 42 yaşlı qadın yandı

Gəncədə ev partladı: 42 yaşlı qadın yandı

10 Fevral 2014 10:40
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə yaşayış evində partlayış olub. Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, hadisə səhər saat 09.00 radələrində şəhərin Yeni Gəncə qəsəbəsində Ruslan Hüseynova məxsus evdə baş verib. Ev sahibinin həyat yoldaşı 42 yaşlı Qərənfil Hüseynova qaz sobasını yandırmaq istəyərkən partlayış yaranıb və o 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.