Bakıda üç maşın toqquşdu: yaralılar var

Bakıda üç maşın toqquşdu: yaralılar var

10 Fevral 2014 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda Heydər Əliyev prospektində 3 maşının toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.

Prospektlə hərəkət edən "99 FA 270" dövlət nömrə nişanlı "Mercedes Benz", "10 CX 868" dövlət nömrə nişanlı "VAZ 2107" ilə toqquşub. Toqquşmanın təsirindən "VAZ 2107" qarşıda hərəkət edən "99 BB 858" dövlət nömrə nişanlı "Mercedes Benz"ə çırpılıb.Hadisə nəticəsində "VAZ 2107"də olan ailə üzvlərindən biri xəsarət alıb. Yaralı təcili yardım maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb 99 FA 270" dövlət nömrə nişanlı "Mercedes Benz"in sürücüsünün içkili olması və avtomaşını sürətlə idarə etməsi olub. Faktla bağlı Dövlət Yol Polisinin Nizami Rayon Şöbəsində araşdırma aparılır./apa/