Ukraynada xarici valyuta alışına məhdudiyyət qoyulub

Ukraynada xarici valyuta alışına məhdudiyyət qoyulub

7 Fevral 2014 16:50
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Milli Bankı ölkədə xarici valyuta alışına məhdudiyyət qoyub. Ukrayna Milli Bankının rəsmi saytının verdiyi məlumata görə, buna səbəb bazara müdaxilələrə rəğmən, milli valyutaya təzyiqi zəiflətmək cəhdlərinin nəticəsiz qalmasıdır.

Konkret olaraq Ukrayna Milli Bankı xarici valyuta alan şirkətlər üçün alış əməliyyatları arasında 6 günlük fasilə rejimi tətbiq edib, habelə fiziki şəxslər üçün məhdudiyyət qoyub.