Su borusunu aşmaq istəyən kişi damdan yıxılaraq ölüb

Su borusunu aşmaq istəyən kişi damdan yıxılaraq ölüb

7 Fevral 2014 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

Göygöl rayonunda bədbəxt hadisə baş verib. Göygöl rayon Prokurorluğundan verilən məlumata görə, hadisə dünən saat 16.00 radələrində rayonun Balçılı kəndində qeydə alınıb.Kənd sakini, 64 yaşlı Vahid Quliyev donmuş su borularını açmaq üçün evin damına çıxıb və ehtiyatsızlıqdan yıxılaraq dünyasını dəyişib. Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.