Bacı türməyə - qardaşına mobil telefon ötürmək istədi

Bacı türməyə - qardaşına mobil telefon ötürmək istədi

7 Fevral 2014 12:54
546
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasının təsərrüfat briqadasında saxlanılan Xalis Əliheydər oğlu Novruzovun bacısı Mahirə Əliheydər qızı Novruzovanın gətirdiyi əşyalara və üzərinə baxış keçirilib.
Baxış zamanı onun əl çantasının içərisindən daxilində "Sim" danışıq kartı olan 1 (bir) ədəd "Fly" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, Xalis Novruzov Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib.Fakt üzrə araşdırma aparılır.